Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

-

Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 3-də keçirilən toplantısında 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.

AZƏRTAC-ın xəbərinə görə, MSK üzvləri dairə üzrə təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsini də müzakirə ediblər. Komissiya seçki dairəsi üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25 faizində) veb-kamera quraşdırılmasına qərar verib.

90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək. Təkrar seçkilərdə 6 namizədin yarışacağı bildirilir.

Qeydə alınan namizədlər Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, Ümid Partiyasından İqbal Ağazadədir. Daha 4 nəfər isə bitərəf namizədlərdir. Əli Haqverdiyev, Anar İbrahimli, Rəşad Gözəlov və Rəşad Abdullayev.

MSK təkrar seçkiyə qatılmaq istəyənlərdən REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun namizədliyini isə qeydə almaqdan imtina etmişdi. Qurum hesab edirdi ki, İlqar Məmmədovun indiki statusu ona seçkiyə qatılmağa imkan vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG