Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21

-

Mayın əvvəllərində Vaşinqtonda Greenberg Traurig lobbi şirkəti Bakının “hüquq-müdafiə qrupu” ilə ABŞ-da dövlət orqanları ilə əlaqələrin təminatında xidmətlərin göstərilməsi üzrə müqavilə imzalayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 3 ay ərzində hər ay Greenberg Traurig şirkətinə 25 000 dollar ödəyəcək. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilən sənəddə deyilir.

AVCİYA Azərbaycanda daha çox seçkilər zamanı ext-poll keçirməklə diqqət çəkib. Onun ext-poll-nun nəticələr rəsmi nəticələrdən bir elə fərqlənməyib. Üstəlik, maliyyənin də haradan gəldiyi açıqlanmayıb.

Müqaviləni AVCİYA sədri, deputat Elxan Süleymanov və Elan Broytman imzalayıb. O, əvvəllər Klinton administrasiyasında USAİD-in baş müşaviri olub.

Müqavilədə iki şirkət arasında biznesin mahiyyəti belə təsvir edilir:

“Natamam qanunvericiliklə əlaqədar məsləhət, tövsiyələr, həmçinin hökumət və ictimai rəy liderlərinin məlumatlandırılması”.

Turan-ın müxbiri Greenberg Traurig –dən şərh ala bilməyib.

Prezidentə yaxın olduğu bildirilən E.Süleymanov Azərbaycanda beynəlxalq strategiyada roluna görə tanınır.

Ölkə mətbuatında hakimiyyətə yaxın olan şəxslərin xaricdə lobbi fəaliyyətindən geniş bəhs edilir. Hətta bu “kürü diplomatiyası” kimi təqdim edilir.

2012-ci ilin “Avropa sabitlik təşəbbüsləri” hesabatına görə, kürü, ipək xalçalar, həmçinin pul vəsaitləri Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı dostlarına onların Bakıya səfəri zamanı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG