Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

Keçmiş UEFAprezidenti Mişel Platini iyunun 10-da vətəni Fransada başlayacaq Avropa çempinatının oyunlarına stadionda baxmaqdan imtina edib.

Xarici KİV-lərin məlumatına görə, Platini hesab edir ki, FİFA-nın Etika Komitəsi ona qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Məlumatlara görə, Fransanın Futbol Federasiyası ona oyunları meydanlardan izəməyi təklif etmək istəyirmiş.

Amma o bundan imtina edib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi.Platinini korrupsiya qalmaqalına görə, əvvəlcə 8 il futboldan kənarlaşdırıb.

Sonradan bu cəzə 6, daha sonra isə 4 ilə endirilib. Nəticədə o, fevralın 26-da FİFA prezidentliyinə seçkidə iştirak edə bilməyib.

Platini keçmiş UEFA prezidenti Saap Blatterdən qanunsuz köçürmə ilə 2 milyon İsveçrə frankı almaqda ittiham olunur.

Qeyd edək ki, Blatter də korrupsiya qalmaqalına görə prezidentlikdən istefa verib və fəaliyyətinə 6 illik qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG