Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

-

İyunun 6-da Bakıda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək. Görüş Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə baş tutacaq.

Bu haqda Turan-a nazirliyin mətbuat xidmətindən bildiriblər. Görüşün məqsədi kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, mövcud trendləri müzakirə etməkdir.

Donorlarla həmçinin, gələcək əməkdaşlıqların istiqaməti də müzakirə edilməlidir.

Bu görüşdə Dünya Bankı, İslam İnkişaf Bankı, ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, BMT İnkişaf Proqramı və Amerika Ticarət Palatasından nümayəndələrin iştirakı gözlənilir . Habelə tədbirə Avropa Yenidənqurma və İnkişaf Banlının, 10-a yaxın xarici ölkə səfirliyinin təmsilçisi qatılmalıdır.

Hazırda Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı, İslam İnkişaf Bankı, BMT-nin Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun maliyyə və kredit dəstəyi ilə bir neçə layihə həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG