Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

-

Almaniya parlamenti ötən əsrin əvvəlində Türkiyədə erməniləri öldürülməsini soyqırım kimi tanıyan qətnaməni qəbul edəndən sonra Ankara əlavə addımlar atacağını bildirib.

Türkiyə səsvermədən sonra Berlindəki səfirini geri çağırıb.

İyunun 3-də Türkiyənin Baş naziri Binali Yildirim deyib ki, Almaniya “tarixi” səhvə yol verib və bunu düzəltməlidir.

O, Ankaranın hansı addımlar atacağını dəqiqləşdirməyib, ancaq onu da əlavə edib ki, heç kəs ikitərəfli münasibətlərin “tamamilə pisləşəcəyini” gözləməsin.

Bəzi tarixçilər Osmanlı imperiyası dövründə 1,5 milyon erməninin öldürülməsini “soyqırım” adlandırır. Türkiyə buna qarşı çıxır, ermənilərin vətəndaş müharibəsində həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG