Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 20:26

-

Hava proqnozlarına görə Fransa və Almaniyada güclü yağışların davam edəcəyi gözlənir.

Son daşqınlarda azı 10 nəfər ölüb, minlərlə insan evini tərk etməli olub.
Parisdə Sena çayının səviyyəsi qalxmaqdadır. Luvr muzeyinin əməkdaşları yeraltı saxlancdakı əsərlərin yerini dəyişirlər.

Paris regionunda minlərlə insan evakuasiya olunub, 24 min 200 ev elektriksiz qalıb.

Fransa Prezidenti Francois Hollande ən çox ziyan dəymiş ərazilərdə fövqəladə vəziyyət elan edib.

Almaniyanın cənubunda da suyun səviyyəsi qalxmaqdır. Son dörd gündə bu ərazidə güclü daşqınlar olub. Kansler Angela Merkel həyatını itirənlərin xatirəsini yad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG