Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:03

Dünya Azərbaycanlılarının qurultayı başladı


Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi

-

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb.

«Report»un xəbərinə görə, qurultayda Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qurultayın işində Azərbaycanın dövlət, hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və siyasi partiya təmsilçiləri də iştirak edir.

Qurultayın açılışı Heydər Əliyev Mərkəzində keçirilir.

Daha sonra isə qurultay öz işini plenar iclaslarla davam etdirəcək.

İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı strategiyanın hazırlanması və yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu müzakirə edilməlidir.

Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır.

Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.

Qurultay işini iyunun 4-də yekunlaşdıracaq.

Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci ildə, II qurultay 2006-cı ildə, III qurultay isə 2011-ci ildə Bakıda keçirilib.

XS
SM
MD
LG