Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Atəşkəsin 38 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 38 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı bölmələri Tərtər, Ağdam, Xocavənd, Cəbrayıl və Goranboy rayonları istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin iyunun 3-dəki açıqlamasında isə atəşkəsin gün ərzində 20 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları əsasən azalıb.

XS
SM
MD
LG