Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

-

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, iyunun 2-də 6 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 15 partlayış yerinə baxış keçirilib. Beş partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

AZƏRTAC-ın agentliyə istinadən xəbərinə görə, Tərtər rayonunun Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib. Bir «Qrad» raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Burada 7500 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirildiyi qeyd edilir. Oradan isə dörd partlamamış hərbi sursat aşkar edildiyi bildirilir - 125 millimetrlik 1 tank mərmisi, 122 millimetrlik 2 top mərmisi və 1 ədəd PQ-9 raketi.

Agentlik qeyd edir ki, aprelin 7-dən iyunun 2-dək 1488 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG