Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası Şəki şöbəsinin Gənclər Komitəsinin sədri Samir Həsənova təzyiq olduğu bildirilir.

Gənc fəal mayın 28-i Respublika Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanında keçirilən tədbirdə saxlanmışdı. Bir gün sonra Şəki Rayon Məhkəməsi gənci xuliqanlıqda ittiham edib ona 15 sutka inzibati həbs cəzası vermişdi.

AXCP Şəki şöbəsindən verilən məlumata görə, gənc fəal bununla bağlı apellyasiya şikayəti vermək istədiyinə görə təzyiqlə üzləşib. Samir Həsənovun valideynlərinə ona sovqat verilməsinə qadağa qoyulub.

Ancaq bu deyilənlərə, hələlik, Şəki rayon hüquq-mühafizə orqanlarından mövqe öyrənmək mümkün olmayıb.

Mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Lakin aksiyaya polis müdaxiləsinin olduğu bildirilir. Samir Həsənov da həmin vaxt saxlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG