Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30

-

Siyasi Məhbusların Monitorinqi Mərkəzi yeni həbslərlə bağlı narahatlığını bildirib.

Mərkəzin bəyanatında gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimovun həbsi pislənilir. Onların işgəncələrə məruz qalması ilə bağlı deyilənlərdən narahatlıq ifadə olunur.

Hüquq-müdafiə təşkilatı digər gənc fəallar Amid Süleymanov, Samir Həsənov və Elnur Muxtarın barəsində verilən inzibati həbsqəararlarını da tənqid edir.

Mərkəz eyni zamanda polis təcridxanalarında döyülmə və ölüm hallarının olduğunu qeyd edərək bundan narahatlğını bildirib.

Bəyanatda həmçinin, Nardaran məscidinin axundu Nuhbala Rəhimovun 1,5 il müddətinə azadlıqdan məhrum edilməsi, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan lideri Taleh Bağırzadənin və digər dindarların hüquqlarının pozulması qınanılır.

Mərkəz hakimiyyəti cəzaçəkmə yerlərində işgəncələrə son qoymağa, siyasi motivlərlə həbs edildiyi bildirilən fəalları, jurnalistləri və dindarları azadlığa buraxmağa çağırıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzini 2014-cü ildə hüquq müdafiəçisi Elşən Həsənovun rəhbərliyi ilə bir qrup keçmiş məhbus yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG