Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

Rumınyanın tibbi yardım vertolyotu Moldovanın Cahul şəhəri yaxınlığında qəzaya düşüb.

Nəticədə 4 nəfər həlak olub.

Yerli sakinlərin sözlərinə görə, vertolyod iyunun 2-də dumanlı havada qəzaya düşüb.

Moldova səhiyyə nazirinin müavini Oleq Craciun ölənlərdən ikisinin pilotlar, birinin həkim, digərinin isə həkim köməkçisi olduğunu deyir.

Onların hamısı Rumınya vətəndaşlarıdır.

Vertolyot paytaxt Kişinyova xəstə dalınca gedirmiş.

İki ölkə arasında təcili tibbi yardımla bağlı müvafiq razılaşma var.

Günün bütün mövzuları

XS
SM
MD
LG