Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

►Bakıda təsis olunan birliyə erməni QHT-lər də qoşulublar

İyunun 2-də Bakıda QHT-lərin "Stop Metsamor" beynəlxalq koalisiyasının təsis konfransı keçirilib. Konfransa Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistandan olan QHT-lər qatıldığı bildirilir.

Ermənistan QHT-ləri tədbirə video körpü vasitəsilə qoşulduğu qeyd edilir.

Trend-in xəbərinə görə, konfransda Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının regiona təhlükəsindən danışılıb.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, 1976-cı ildə istifadəyə verilən Metsamor-un istismar müddəti artıq çoxdan bitib.

“Hər an stansiyada baş verə biləcək hadisə regiona böyük faciəyə gətirə bilər. Çernobilda, Yaponiyada baş vermiş atom faciəsinin regionda təkrarlanmasının qarşısını almaqdan ötrü Metsamor stansiyasının fəaliyyətini dayandırmaqdan ötrü birgə səy göstərmək lazımdır” - deyə o, çağırış edib.

Ermənistanın "Beynəlxalq Azadlıq Hərəkatı "-nın rəhbəri Vahan Martirosyanın isə video-körpü vasitəsilə Metsamor stansiyasının təkcə Ermənistana təhlükə olmadığını dediyi bildirilir. Agentliyin xəbərinə görə, O deyib:

“Avropa Birliyi bu stansiyanın dayandırılmasını təklif etdi. Lakin bu istiqamətdə aparılan danışıqlar Ermənistan hakimiyyətinin pozucu fəaliyyəti nəticəsində dalana dirəndi. Stansiya seysmoloji baxımdan da təhlükəli ərazidə yerləşir. Bu baxımdan Metsamor dünyada ən təhlükəli atom elektrik stansiyasıdır. Stansiyada köhnə avadanlıqların olması bu təhlükəni daha da artırır. Bütün beynəlxalq təşkilatlar təcili hərəkətə keçməlidirlər ",

Digər iştirakçılar da bu çağırışı dəstəkləyiblər.

Konfransda "Stop Metsamor" beynəlxalq koalisiyanın təsis edilməsi haqda bəyannamə imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG