Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

►Sabahdan "Bank Standard"da olan xırda əmanətlərin ödənişinə başlanılır. Digər ödənişlər üzrə moratorium uzadılıb

İyunun 3-dən fiziki şəxslərin “Bank Standard”dakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP-dən) verilən məlumata görə, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına maaşların ödənişi də davam edəcək.

“Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb”,-deyə məlumatda bildirilir.

Direktorlar Şurasının mayın 2-də verdiyə qərarı ilə, bu banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb, son dövrlər aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması göstərilirdi. MBNP yaranmış mövcud vəziyyəti qiymətləndirməkdən ötrü bankda yoxlama təyin etmişdi. Palatanın qiymətləndirməsi hesab edirdi ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etməkdən ötrü yetərli resurslara sahib deyil.

Nəticədə MBNP banka inzibatçı təyin etmişdi.

Palatadan verilən məlumatda qeyd edilir ki, ötən dövr ərzində müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması tədbirləri görüb.

Məlumata görə, müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir. Bununla əlaqədar palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət edir.

Bu ayın əvvəlində isə MBNP bu bankın vəziyyətini normallaşdırmaq məqsədilə ona 15 milyon manat ayrmışdı.

Bu il Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin-«NBC Bank»ın lisenziyası qaytarılıb.

Ekspertlərin fikrncə “Bank Standard”-a isə bir növ dövlət “əl qoyub”. Bu bankın 600 milyon manatdan çox depozit portfelinin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG