Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

-

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı mayın 10-da Azərbaycanda həbs edilmiş iki gənc fəal Bayram Məmmədov və Qiyas İbrahimovu “vicdan məhbusları” elan edib.

Təşkilat həmçinin, Azərbaycan hökumətini bir daha fəalları azad etməyə və onlara qarşı işgəncə faktlarını araşdırmağa çağırıb.

Bayram Məmmədov və Qiyas İbrahimovun keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə, həbs edildiyi güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir. Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG