Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

-

Bakı Olimpiya Stadionu hüquqi şəxs statusu alıb. Bu barədə Vergilər Nazirliyinin mətbu orqanı məlumat yayıb.

“Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı 500 milyon manat müəyyən edilib. Bu idman obyektinin 640 milyon dollara başa gəldiyi bildirilir.

“Stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müddətsiz istifadəyə verilib”,- deyə stadionun mətbuat xidmətində Turan-a bildiriblər. Təsis sənədlərində təsisçi kimi Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib.

“Bakı Olimpiya Stadionu” MMC-nin idarəetmə aparatı 15 nəfərdən ibarətdir. Cari sanitar və başqa xidmətlərlə 30 nəfər məşğuldur. Stadionun mühafizəsinə 50 nəfər cəlb edilib. Bundan başqa, texniki və elektrik xidmətlərinin göstərilməsindən ötrü“Orion” şirkəti ilə müqavilə bağlanılıb.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev əvvəllər AFFA marketinq və reklam departamentinə rəhbərlik edib.AFFA-ya isə SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərrlik edir.

Bakı Olimpiya Stadionunda 68,7 min oturacaq yeri var. Stadion 2015-ci ilin martında istismara verilib.

Olimpiya Stadionu bu ilin əvvəlində toy mərasimlərinə açıq olması barədə elan verməsi ilə də gündəmə gəlmişdi. Onda mətbuat sual edirdi ki, 640 milyon dollarlıq toyxana tikməyin nə mənası var?

Günün bütün mövzuları

XS
SM
MD
LG