Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07

TürkiyəAlmaniya parlamenti aşağı palatasının iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını “soyqırım” kimi tanıyan qətnamə qəbul etməsini kəskin pisləyib.

Prezident Racep Tayyip Erdogan bunun ikitərəfli münasibətlərə ciddi ziyan vuracağını bəyan edib.

Baş nazir Binali Yıldırım da qərarın çox xətalı olduğunu və buna görə Türkiyənin Almaniyadakı səfirinin geri çağırıldığını bəyan edib.

Qeyd edək ki, Almaniya parlamentinin aşağı palatası iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırım" kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.

5 səhifəlik sənəd “ 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

Ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG