Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

Messi məhkəmə qarşısında dayandı


Lionel Messi və atası Jorge Horacio Messi

Lionel Messi və atası Jorge Horacio Messi

Argentinalı futbolçu Lionel Messi və atası Xorxe Orasio Messi ( Jorge Horacio Messi) iyunun 2-də vergidən yayınma ittihamına görə Barselona məhkəməsində olublar.

Məhkəmədə onlara rəsmi ittiham elan edilib.

Əgər günühkar bilinsələr hər ikisi 22 ayadək həbs cəzasına məhkum oluna bilərlər.

Söhbət 4,1 milyon avronun vergidən yayındırılmasından gedir.

Messi Forbec jurnalının siyahısında son onillikdə ən çox qazanan idmançılar arasında 350 milyon dollarla onuncudur.

İttihama görə Messi və atası 2007 və 2009-cu illərdə Uruqvay, Belize, İsveçrə və Böyük Britaniyadakı şirkətlər yolu ilə vergidən yayınıblar.

Dinləmələr çərşənbə axşamı başlayıb, amma 28 yaşlı futbolçu zədəli olduğundan prosesə qatılmayıb.

Xorxe və Lionel Messi bütün ittihamları rədd edirlər.

Lionel Messi 2000-ci ildən Barselonada yaşayır, 2005-ci ildə İspaniya vətəndaşlığı alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG