Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

-
«Son 10 ildə Azərbaycanda qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 mlrd. kubmetrə çatdırılıb».

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən «Caspian Oil&Gas» konfransında çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

«SOCAR-ın «Azneft» İstehsalat Birliyi bu vaxta qədər 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq. Ekoloji tədbirlər nəticəsində əlavə 281 milyon kubmetr səmt qazı əldə olunub. Gələcəkdə illik qaz hasilatını 40 milyard kubmetrə çatdırmaq imkanımız var», - deyə R.Abdullayev qeyd edib.

Bu gün «Marriott Absheron» otelində «Caspian Oil&Gas» beynəlxalq konfransı başlayıb. Konfransın işində 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndə iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG