Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

İslam Partiyasının liderləri məhkum edildi


Məhkum edilənlərin yaxınları

Məhkum edilənlərin yaxınları

-

Tacikistanda qadağan olunmuş İslam Dirçəliş Partiyasının iki lideri ömürlük, partiyanın digər üzvləri isə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Düşənbə məhkəməsi qərarı iyunun 2-də çıxarıb. Partiyanın sədr müavinləri Saidumar Husaini və Muhammad Hayit ömürlük həbs cəzası alıblar. Partiyanın 11 yüksək rütbəli üzvünə isə 14 ildən 28 ilədək həbs kəsilib.

Bu qrup 2015-ci ilin sentyabrında keçmiş müdafiə naziri Abduhalim Nazarzoda ilə birlikdə hakimiyyətə ələ keçirmək planı qurmaqda ittiham olunur.

Məhkəmə bağlı qapılar arxasında keçirilib. Müdafiəçilər deyirlər ki, partiya üzvləri özlərini təqsirli bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG