Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

-

«Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir».

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard qeyd edib ki, AB belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: «Avropa Birliyi olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar».

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilmişdi.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Bundan başqa, müzakirələrdə iyunda yenidən görüşməklə bağlı tərəflər arasında razılıq əldə edildiyi bildirilirdi.

Mayın 31-də həmsədrlərin Brüsseldə bu mövzuda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü olub. Bu gün isə onların Ermənistan xarici işlər naziri ilə görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG