Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:37

Hakimiyyətdaxili cəbhələşmədən yazırlar


Yunanıstanda qaçqınlar.
Yunanıstanda qaçqınlar.

-

Miqrant problemi, hakimiyyətdaxili cəbhələşmə, manatın taleyi və istirahət mərkəzlərinin qiymətləri bu gün medianın aparıcı mövzusudur.

MƏRHƏMƏT, XEYİRXAHLIQ, ALİCƏNABLIQ OLMAYANDA

Deputat Bəxtiyar Sadıqov baş redaktoru olduğu «Azərbaycan» qəzetində «Mərhəmət, xeyirxahlıq, alicənablıq» sərlövhəli yazı yazıb. Məqalədə müəllif dünyadakı qaçqın probleminə toxunur. Bu problemin tək Azərbaycanda yox, bütün dünyada aktuallığından bəhs edir. Müəllifə görə, problemə səbəb məhz insanlığın mərhəmət, xeyirxahlıq və alicənablıq kimi keyfiyyətləri dövlətlər səviyyəsində itirməsidir.

Məqalədə daha sonra XX əsrin 90-cı illərində Azərbaycanın üzləşdiyi çətinliklərə, ölkədə qaçqın və köçkünlərə yaradılan şəraitə toxunulur.

Bəxtiyar Sadıqov yazır ki, indi belə bir problemlə Türkiyə üzləşib və dünya onu tək qoyub: «Özlərini insan hüquqlarının qarantı sayan Avropa dövlətləri bu qəbildən olan insanları qəbul etmək istəmirlər. Adlarını «miqrant» qoyaraq dini ayrı-seçkilik salır, onlara bəzən qeyri-insani münasibət göstərir, sığınacaqlarını yandırır, itlərlə, tikanlı məftillərlə, gözyaşardıcı qumbaralarla qarşılayır, ölkədən deportasiya edirlər».

Müəllif daha sonra da qaçqın və miqrant probleminə biganə qalanları xəbərdar edir: «Terrorçunu öyrədən, yaşadan, təmin edənlər var. Belə dövlətlər gec-tez əməllərinin bəhrəsini yeyirlər. Onsuz da dünyanın problemləri çoxdur. Haçansa terrorçular nüvə silahı əldə edəcəklər. Bax, əsl problem o zaman yaşanacaq. Terrorçu əli ilə partladılacaq nüvə silahı insanları milli, dini, irqi və digər əlamətlərə görə fərqləndirmək iqtidarında olmayacaq».

Ramiz Mehdiyev
Ramiz Mehdiyev

HAKİMİYYƏT DAXİLİNDƏ CƏBHƏLƏŞMƏ

«Azadlıq» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Qərbin tənqid olunduğu məqaləsini şərh edir.

Müəllif dövlət başçısı İlham Əliyevin Qərblə yaxın təmaslar qurduğu halda bu məqalənin üzə çıxmasını hakimiyyət daxilində cəbhələşmə kimi dəyərləndirilir.

Məqalədə qeyd edilir ki, Ramiz Mehdiyev bütünlükdə Qərbin beynəlxalq maliyyə, ticarət institutlarını ciddi tənqid edib. Onları milli iqtisadiyyatları dağıtmaqda ittiham edib.

Məqalədə Ramiz Mehdiyevin bu mövqeyi belə dəyərləndirilir: «Maliyyə böhranından çıxmaq üçün Azərbaycan hakimiyyəti məhz R.Mehdiyevin ittiham etdiyi maliyyə institutlarına ümid edir. Bir müddət öncə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı missiyalarının Azərbaycana səfəri təsadüfi deyildi. Hətta siyasi məhbuslardan bəzilərinin azad edilməsini də bu qurumlarla aparılan danışıqlara bağlayanlar var».

Müəllifin fikrincə, bu mövqe hakimiyyət daxilində ikitirəliyin yaranması deməkdir və antiqərb mövqeyində duranlar danışıqları pozmağa çalışacaqlar.

Manat
Manat

MANATIN QARA GÜNLƏRİ

«Yeni Müsavat» qəzeti ekspertlərlə ABŞ Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini qaldıracağı halda manatın taleyi ilə bağlı müzakirələr aparıb.

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, keçirilən sorğulara əsasən, uçot dərəcəsinin qaldırılacağı gözlənilir. Bu da Azərbaycana təsirini göstərəcək: «Qonşu dövlətlərin mili valyutalarının dəyərdən düşməsi, həm də neftin qiymətindəki müəyyən azalmalar Azərbaycan manatına təsir edəcək».
N.Cəfərli Azərbaycanın bu təsirdən kənarda qalacağı barədə Mərkəzi Bankın bəyanatını əsassız adlandırıb. O, ölkədə kəskin devalvasiya gözləməsə də, 1 dolların 1 manat 65 qəpik həddinə qayıtmasını istisna etmir.

Ekspert Vüqar Bayramov da düşünür ki, dolların uçot dərəcəsi qaldırılacağı halda bu manata təsirsiz ötüşməyəcək V.Bayramov deyib ki, mərhələli şəkildə valyuta bazarı liberallaşdırılmalıdır.

Çimərlik
Çimərlik

AZƏRBAYCANDA, YOXSA XARİCDƏ İSTİRAHƏT SƏRFƏLİDİR?

«Bizim Yol» qəzeti isə yay mövsümü gəldiyindən turizm mövzusuna geniş yer ayırıb.

Bu mövzudan bəhs edən məqalədə Azərbaycanda istirahət mərkəzlərində qiymətlərin bahalığına diqqət yetirilir. Müəllif qeyd edir ki, istirahət mərkəzlərində bir şəxsin yalnız səhər yeməyi daxil olmaqla bir günlük istirahəti 80 manatdan 120 manat arasında dəyişir: «Beləliklə, istirahət mərkəzləri, regionlardakı otellər göstərəcəkləri xidmətlərə görə yenə yüksək qiymət təklif edirlər. Odur ki, vətəndaşlar ölkə daxilində istirahətdənsə xaricdə istirahətə üstünlük verirlər».

Ekspert Dinara Ağaliyeva qəzetə istirahət mərkəzlərində qiymətlərin bahalığını belə izah edib: «Buna səbəb ölkədə yeyinti məhsullarının istehsalının aşağı səviyyədə olmasıdır. Üstəlik, idman-əyləncə mərkəzlərində bahalıq və nəqliyyat xərclərinin şişirdilməsi nəticəsində tur paketlərinin qiyməti də baha başa gəlir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG