Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:24

Qadını diri-diri yandırıblar


Qadın İslamabadda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qadın İslamabadda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

-

Pakistanda 19 yaşlı qadın evlilik təklifindən imtina etdiyi üçün işgəncəyə məruz qalıb və yandırılıb. Qohumları və polis belə deyir.

Maria Sadaqat-a mayın 31-də bir qrup kişi hücum edib. Hadisə paytaxt İslamabad ətrafındakı kənddə baş verib.

«Ona çox pis işgəncə verib və yandırıblar», - Sadaqat-ın əmisi Abdul Basit iyunun 1-də deyib. Qadın İslamabadda xəstəxanaya aparılsa da, aldığı yaralardan dünyasını dəyişib.

Sadaqat-a vaxtilə işlədiyi məktəb direktoru öz dostlarıyla hücum edib. O, direktorun oğlunun evlilik təklifini rədd edibmiş.

Polis şübhəlilərdən birinin saxlandığını bildirir.

Pakistanda qadınlar sevgi və nikah məsələləri ilə bağlı qərarlarına görə tez-tez zorakılıqla üzləşirlər.

XS
SM
MD
LG