Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:28

-

İraqın hökumət qüvvələri «İslam Dövləti» (İŞİD) yaraqlılarının nəzarətində olan Fəllucə şəhərinə hücumu yavaşıdıblar.

Bu arada kürd və ərəb döyüşçülər ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında ekstremistlərə yeni hücum başladıblar. Suriya Demokratik Qüvvələri Türkiyə ilə sərhədə yaxın Mənbic şəhərini tutmağa çalışırlar.

Rəsmilərin sözlərinə görə, Mənbicin tutulmasıyla İŞİD yaraqlıları Türkiyə ilə sərhəddən əldə etdikləri yardımdan məhrum olar, eləcə də qruplaşmaya yeni döyüşçülərin qoşulmasının qarşısı alınar.

Suriya İnsan Haqları Təşkilatı iyunun 1-də bildirib ki, kürd və ərəb döyüşçülər 16 kəndi tutub və Mənbicin 15 kilometrliyindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG