Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:54

Vergi dərəcəsi 10 dəfə azaldıldı, amma…


İlham Əliyev
İlham Əliyev

-

Azərbaycanda təyinatına uyğun istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına nəzərdə tutulan vergi məbləğinin 10 dəfə azaldığı bildirilir.

Bu, dövlət başçısı İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən «Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunda öz əksini tapıb.

Mayın 6-da Milli Məclisdə səsverməyə çıxarılan «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihəsində təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcəsi hər 100 kvadratmetrə 10 manat müəyyən edilib. Müzakirələr zamanı bu məbləğ kifayət qədər yüksək sayılıb, azaldılması təklif edilib.

Prezidenti İlham Əliyevin fərmanı ilə qüvvəyə minən qanunda təyinatına uyğun istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına nəzərdə tutulan vergi məbləği hər 100 kvadratmetrə 1 manat müəyyən edilib və dövlət büdcəsinə ödənilməsi əksini tapıb. Bu müddəa 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ancaq Vergilər Məcəlləsinin hazırda qüvvədə olan mətnində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 0.06 manat müəyyən edilir.

Bundan belə çıxır ki, sonda istifadə edilməyən torpağa görə vergi dərəcəsi 10 dəfə azalsa da, əvvəlki məcəllə ilə müqayisədə yenə kəskin artmış olur.

XS
SM
MD
LG