Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Səfir Cekuta: «Həmsədrlərin əsas məqsədi...»


Robert Cekuta
Robert Cekuta

-

«Həmsədrlərin əsas məqsədi Vyanada əldə olunan irəliləyişi daha da inkişaf etdirməkdir. Habelə, hərtərəfli sülh sazişi üzrə danışıqlara nail olmaqdır».

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Dağlıq Qarabağ üzrə danışıqları şərh edərkən deyib.

Mayın 31-də həmsədrlərin Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü xatırladan səfir vasitəçilərin iyunun 2-də onun ermənistanlı həmkarı ilə görüşəcəyini əlavə edib.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilmişdi.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Bundan başqa, müzakirələrdə iyunda yenidən görüşməklə bağlı tərəflər arasında razılıq əldə edildiyi bildirilirdi.

XS
SM
MD
LG