Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05

-

İyunun 2-də Neft İxrac edən Ölkələrin Təşkilatı – OPEC Vyanada toplaşır. Toplantıda İranla Səudiyyə Ərəbistanının qarşı-qarşıya gələcəyi gözlənilir.

Danışıqlarda məqsəd neftin qiymətini qaldırmaq məqsədilə müəyyən hasilat həcminə razılaşmaqdır. Ancaq Tehran Ər-Riyadın uyğun təkliflərini rədd edir.

OPEC-in bir neçə rəsmisi Reuters agentliyinə deyib ki, Səudiyyə və Körfəz müttəfiqləri hasilata yeni bir limit qoyulmasını təklif edəcək.

Səudiyyə və İran regional rəqiblərdir və neft hasilatı üzrə ziddiyyətlər onların arasında ən son mübahisə mövzusudur.

Tehran hasilatı Qərbin sanksiyalarından əvvəlki həddə çatdırmaq istəyir. Nüvə proqramına görə qoyulmuş həmin sanksiyalar bu ilin əvvəlində qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG