Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

-

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsindən ötrü Dünya Bankından (DB) 500 milyon dollar məbləğində kredit cəlb etməyi planlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi bankın Bakı nümayəndəliyinə istinadən xəbər verir.

“Azərbaycan tərəfi layihədəki payını maliyyələşdirmək üçün 500 milyon həcmində kreditin ayrılması xahişi ilə Dünya Bankına müraciət edib. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, - deyə bankın nümayəndəsi bildirib.

Bildirilməsinə görə, müraciətlə bağlı müsbət qərar qəbul edildiyi halda kredit dövlət zəmanəti ilə ayrılacaq.

"Layihənin hazırlanması, danışıqların aparılması, bankın Direktorlar Şurası tərəfindən kreditin ayrılmasının təsdiqi proseslərini 2016-cı ilin sonunadək başa çatdırmaq planlaşdırılır”, - deyə bankın nümayəndəsi qeyd edib.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.TAP və TANAP layihələri onun tərkib hissəsidir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Ötən ay təməli qoyulan Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır.

XS
SM
MD
LG