Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

-

“Formula -1” yarışlarının təşkilatçıları bildirir ki, iyunun 1-dən 2-nə keçən gecə saat 01:00-da Neftçilər prospektinin “Azneft” dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb sonuncu tribunanın quraşdırılıbyerləşdirilməsidir.

Bununla əlaqədar Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələrinə 13 metrədək daraldılacaq .Ancaq orada nəqliyyatın hərəkəti hər iki istiqamətdə təmin olunacaq. Bu məhdudiyyət iyunun 26-dək davam edəcək.

Ümumilikdə, 14-21 iyun tarixlərində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq.

Yalnız icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.

Bakıda “Formula-1” yarışları 17-19 iyun tarixində keçiriləcək. Bu yarışlar 5 il ərzində Azərbaycanda keçirilməlidir. Əvvəlcədən razılaşmaya görə, bu yarışlardan imtina ediləcəyi təqdirdə ölkə cərimələnəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG