Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

-

Ağdam rayonunda 3 uşaq anasının intihar etdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan 22 yaşlı İlahə Maşallah qızı Axundovanın həyətlərində olan yardımçı tikilidə asılmış meyiti aşkarlanıb. Onun hadisə yerində keçindiyi bildirilir.

Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu deyilir. Hadisənin səbəbi açıqlanmır.

Ağdam rayonunun hüquq mühafizə qurumları faktla bağlı araşdırma aparırlar.
Bir gün əvvəl də Gəncə şəhərində 22 yaşlı qızın canına qıydığı deyilirdi.

Son bir neçə gündə Azərbaycanda yaşı 22-yə qədər olan 4 gəncin intihar etdiyi qeyd edilir. Son dövrlər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz fəaliyyət göstərmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG