Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

-

“Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb”.

İyunun 1-də Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən energetika naziri Natiq Əliyev belə deyib. Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin qrafikə uyğun aparıldığını vurğulayıb.

“Şahdəniz -2” və Cənub Qafqaz Kəməri üzrə işlərin 70 faizi tamamlanıb. Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur" - nazir deyib.

R. Dunniqan enerji sahəsində iki ölkənin əməkdaşlığından danışaraq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə qlobal enerji bazarındakı son vəziyyət, digər perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisində iştirak etmək məqsədi ilə gəlib.
İyunun 1-də Bakıda 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi başlayıb. 3 gün davam edəcək sərgidə dünyanın 200-ə yaxın şirkəti iştirak edir. Sərgidə neft hasilatı, enerjidaşıyıcıların nəqli və saxlanması sahəsində innovativ texnologiyalar nümayiş etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG