Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

-

Avropa Şurası və Avropa Birliyi Azərbaycanda “Vətəndaş cəmiyyəti dialoqu” adlı yeni birgə layihəyə başlayır.

Layihənin təqdimatı iyunun 2-də Hilton otelində olacaq. Bu barədə Turan-a Avropa Şurasının (AŞ) Bakıdakı ofisindən bildirilib.

Tədbirdə AŞ Baş Direktorluğu demokratik idarəetmə üzrə direktoru Klaudia Luçiani, dövlət başçısının köməkçisi Əli Həsənov, AŞ Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış etməlidirlər.

AŞ təmsilçisi layihəni təqdim etməli, sonra müzakirələr olmalıdır.

Son vaxtlar Bakının AŞ və AB strukturları ilə əməkdaşlığa diqqətinin artması müşahidə edilir. Əgər son iki il ərzində AŞ və ABlayihələri üzrə tədbirlərdə sıravı məmurlar iştirak edirdisə indi hakimiyyətin təmsilçiliyinin səviyyəsi xeyli artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG