Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59

Dünyanın ən uzun tuneli açıldı


Minister Matteo Renzi, Johann Schneider-Ammann, Francois Hollande və Angela Merckel

Minister Matteo Renzi, Johann Schneider-Ammann, Francois Hollande və Angela Merckel

İyunun 1-də İsveçrədə dünyada ən uzun dəmiryol tunelinin açılışı olub.

Tunel Alp dağındakı Sen-Gothard aşırımının altında keçir.

17 ildən çoxdur ki, tikilən tunel 12 milyard isveçrə frankına başa gəlib.

Uzunluğu 57 kilometrdir.

Bu Fransa ilə Britaniyanı birləşdirəb Avrotuneldən 6 kilometr uzundur.

Alpın hər iki tərəfində xüsusi açılış mərasimləri keçirilib.

Mərasimdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollende və İtaliyanın baş naziri Matteo Renzi də iştirak ediblər.

Konsertdən sonra onlar isveçrə prezidenti Johan Schneider-Ammanla birlikdə qatarın ilk sərnişinləri olublar.

Qatar tuneli təxminən 20 dəqiqəyə eət edir və buna görə Sürixlə Luqano arasındakı məsafə təxminən 1 saatlıq qısalıb.

Gün ərzində qoşa tuneldən 260 yük və 65 sərnişin qatarı keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG