Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44

İran prezidenti: «Qərbi Azərbaycanın qonaqpərvərliyi turizmə bəsdir»


Hassan Rohani

Hassan Rohani

-

İran prezidenti Hassan Rouhani Qərbi Azərbaycan vilayətinə səfər edib. Orda mətbuat konfransında suallardan biri də turizm barədə olub. Həmin suala cavabında prezident deyib: “turizmdə ən vacib məsələ təhlükəsizlikdir, bu isə burda ən yaxşı durumdadır. Qonaqpərvər Qərbi Azərbaycan əhalisinin birliyi elə turizm cəlb etməyə bəsdir.”

“Qərbi Azərbaycanın nəhəng potensialı var”. – Bunu İran prezidenti Rouhani mayın 31-də Urmiyada həmin mətbuat konfransında deyib. O davam edib ki, “ 3 ölkə ilə sərhəd olan Qərbi Azərbaycan vilayətinin strateji və çox əhəmiyyətli rolu var”. Prezident bildirib ki, onun regiona səfərindəbu vilayətin “sərhədlərini fəallaşdırmaq müzakirə olunub”.

İran prezidentinin rəsmi saytının məlumatına görə, regiondakı durum haqda Rouhani deyib ki, “biz burda nümunəvi birlik və inteqrasiya gördük”.

Urmiya gölünün quruması haqda Rouhani bildirib ki, onun hökuməti ilk gündən Urmiya gölünün bərpasını gündəliyə çıxarıb.

Rouhani Mahabad Meft Kimya kompleksinin istifadəyə verilməsinə toxunaraq deyib ki, bu, ölkənin qərbində böyük planların realaşmasında ilk addımdır.

Aqrar sahə barədə o, bildirib ki, hökumət 28000 ha kənd təsərrüfatı sahəsini müasir irriqasiya sistemləri ilə təchiz etmək qəraraına gəlib.

Özünün ən böyük uğurunu isə Rouhani “60 ildə ilk dəfə olaraq qeyri-neft ixracının neft ixracını üstələməsində” görür.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG