Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

-

“Moody’s” beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın bank sisteminin proqnozunu “neqativ”də saxlayıb. Bu proqnoz növbəti 12-18 ayı əhatə edir.

Agentliyin press-relizində belə deyilir.

“Moody’s” hesab edir ki, iqtisadi şərtlər proqnozun saxlanmasını zəruri edir. Neqativ proqnozun saxlanması neftin qiymətinin aşağı olması, eləcə də valyuta gəlirlərinin aşağı düşməkdə davam etməsi ilə izah edilir.

Agentliyin məlumatında vurğulanır ki, Azərbaycanın bank sektoru hələ ən azı 2016-cı ilin sonuna qədər milli valyutanın devalvasiya depressiyasında qalmaqda davam edəcək.

“Moody`s” fevralın 23-də Azərbaycan banklarının aktivlərinin risklə üzləşdiyini açıqlamış, ardınca isə bank sektorunun proqnozunu “neqativ”ə endirmişdi.

Bu agentliyin mütəxəssisləri Azərbaycan banklarının yaxın gələcəkdəki taleyi ilə bağlı heç də nikbin proqnozlar vermirlər. Onlar hesab edirlər ki, Azərbaycanda problemli kreditlərin həcimi getdikcə arta bilər. Hazırda Azərbaycanda 1,5 milyard manat dəyərində problemli kreditin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG