Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

-

"SOCAR Turkey Energy" 2016-cı ilin sonuna qədər TANAP layihəsinin səhmdarı olmaq niyyətindədir.

"SOCAR Turkey Energy"nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov belə deyib.

APA-nın xəbərinə görə. Türkiyə tərəfi hələ buna razılıq verməyib.

"Biz bu ilin sonunadək TANAP-ın səhmdarı olmaq niyyətindəyik. Təbii ki, proses bir qədər uzana bilər. Türkiyə tərəfi bununla bağlı müvafiq razılıq verməlidir. Azərbaycan tərəfi artıq əqdin bağlanması ilə bağlı razılığını verib", - deyə Z. Qəhrəmanov bildirib.

"SOCAR Turkey Energy" ana müəssisəsi olan SOCAR-ın TANAP-dakı payından 7 faizini almaq niyyətini bəyan edib.

TANAP-da SOCAR 58, BP - 12, BOTAŞ isə 30 faiz paya sahibdir.
«Cənub Qaz Dəhlizi»TANAP və TAP layihələrini özündə birləşdirir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Ötən ay təməli qoyulan Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG