Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:46

Yanan bina ilə bağlı məhkəmə başlayır


"25 il qəpik-qəpik yığdığımız hamısı puça getdi"
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

"25 il qəpik-qəpik yığdığımız hamısı puça getdi"

-

Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı məhkəmə başlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq işin hakimi də açıqlanıb.

Report-un xəbərinə görə, məhkəmə prosesi iyunun 7-də başlayacaq. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Yanğın olayını Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi araşdırırdı. Olayda “TNH” şirkətinin rəhbəri olduğu deyilən Fərid Sadıqov, direktor Zaur Əşrəfov, direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov şübhəli bilinərək həbs edilmişdilər.

Onlara Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülmüşdü.

Sonradan prokurorluq bildirdi ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da bu işə görə günahlandırılır. Poliuretan məmulatlarına dair texniki şərtlərin onunla razılaşdırıldığı qeyd edilirdi. A.Əlibəyov CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirdi.

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş vermişdi. Yanğında 15 nəfər ölmüş, 50-dən artıq sakin xəsarət almışdı.

Həlak olanların ailələrinə 15 min manat, xəsarət alanların ailələrinə 5 min manat, əmlaka dəyən ziyana görə isə 20 min manat kompensasiya ödənilib.

Bundan başqa, yanğından sonra Bakıda poliuretan materiallarla örtülən binalardan həmin üzlüklərin kütləvi söküntüsü həyata keçirilib.
Ölkə mətbuatında bu mövzuda dərc edilən yazılarda qeyd edilir ki, istintaq bu məsələdə əsl günahkarları kənarda saxlayıb, yalnız kiçik məmurlarla kifayətlənib. Həmin yazılarda bildirilir ki, poliuretan buraxan müəssisələrin açılışında şəxsən prezident özü iştirak edib.

Yaşayış binalarında baş verən yanğınlardan kim məsuliyyət daşımalıdır?

Yaşayış binalarında baş verən yanğınlardan kim məsuliyyət daşımalıdır?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG