Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Fransada dəmiryolçuların tətilinə görə regional qatarların yarısı dayanıb.

Dispeçerlər və sürücülər gecə saatlarındakı pik vaxtı işi dayandırıblar.

Nəticədə sürət qatarlarının təxminən yarısı, regional qatarlarınsa 2/3-si dayanıb.

Belçika və Niderlandla dəmiryol əlaqəsi kəsilib.

Londona gedən Avrostar qatarı isə hələlik cədvəl üzrə hərəkət edir.

Nəqliyyat naziri Alen Vidalis yerli radioya müsahibəsində tətilin Paris metrosu və şəhərətrafı qatarların hərəkətinə təsiri olmayacağını deyib.

O qeyd edib ki, iş saatının uzadılmasına qarşı çıxan həmkarlar ittifaqları ilə danışıqlara getmək lazımdır və bu narazılığın əsas səbəblərindən biridir.

Nazir qeyd edib ki, dəmiryol idarəsinin rəhbərliyi öz təklifini verməlidir.

Prezident Fransois Hollande isə hələ ki, öz dediyində durur.

Hökumət isə yavaş-yavaş güzəştə gedir, dəmiryolçulara dialoq təklif edib, müəllimlərə isə maaşların artırılacağını vəd edib.

Amma hökumətin vaxtı azdır, futbol üzrə Avropa çemmionatına 10 gün qalır.

XS
SM
MD
LG