Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

Ermənistan prezidenti Serzh Sarkisian Almaniya parlamentini Türkiyənin xəbərdarlıqlarına məhəl qoymamağa və Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasını tanıyan qətnamə qəbul etməyə çağırıb.

Sarkisian Almaniyanın Bild qəzetinə bildirib ki, başqa bir ölkə başçısının qəzəbinə görə sizin ermənilərin soyqırımına məruz qalmasını tanımamağınız doğru olmazdı.

Türkiyənin baş naziri Binali Yıldırım, bundan əvvəl Almaniya parlamentinə çıxarılacaq qətnaməni gülünc adlandırıb.

O, xəbərdarlıq edib ki, bu ikitərəfli münasibətləri korlaya bilər.

Prezident Racep Tayyip Erdogan da bundan əvvəl-mayın 31-də jurnalistlərə bildirib ki, belə bir qətnamənin qəbulu iki ölkə arasındakı diplomatik, siyasi, iqtisadi və hərbi əlaqələrə ziyan vuracaq.

İyunun 2-də Almaniya parlamentində belə bir somvolik qətnamənin qəbulu gözlənilir.

Ermənilər Osmanlı imperiyası dövründə 1,5 milyon erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin qat-qat az olduğunu və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu deyir.

Qeyd edəki artıq bir necə ölkə həmin vaxt ermənilərin soyqırımına məruz qalmasını tanıyan qətnamə qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG