Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

ABŞ-ın Texas ştatında elektron yol işarələrində siyasi şüarlar peyda olub.

Xüliqanlar Dallas şəhərindəki gur magistral yolda elektron göstəriciləri sındırıblar.

Yolun müəyyən hissələrinin bağlı olması ilə bağlı informasiyaların yerində siyasi şüarlar peyda olub.

Elektron lövhələrdən biri prezident seçkisində Demokrat partiyasından iddiaçı Berni Sandersə səs verməyə çağırır.

Digərində isə Donald Trumpun rəngini dəyişən Buqələmun olduğu yazılıb.

Polisin sözlərinə görə, elektron yol lövhələrinin sındırılması çox ciddi pozuntudur və buna gərə hətta həbs də kəsilə bilər.

Hər iki lövhə yenidən əvvəlki vəziyyətə qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG