Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

«Azərbaycan vəzifələrin öhdəsindən gəlib»


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev Bakıda keçirilən 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi və konfransının iştirakçılarına təbrik ünvanlayıb.

Təbrikin mətnini president.az saytı yayıb.

İ.Əliyev məktubunda qeyd edib ki, belə sərgi ilk dəfə keçmiş prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Onun yazdığına görə, neft-qaz sənayesi sahəsində ənənəvi tədbirə çevrilmiş sərginin təşkilindən ötən müddətdə müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişə nail olub:

«Bu gün dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin enerji ehtiyatları böyük əhəmiyyətə malikdir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir».

Daha sonra dövlət başçısı iri enerji layihələrindən bəhs edib. İ.Əliyev həyata keçirilən «Cənub Qaz Dəhlizi» layihəsinin icrasını Azərbaycanın liderlik mövqeyi kimi dəyərləndirib: «Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən «Cənub Qaz Dəhlizi» təsdiq cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaq».

Bakıda 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi başlayıb. İyunun 4-nə kimi davam edəcək sərgidə dünyanın 200-ə yaxın şirkəti iştirak edir. Sərgidə neft hasilatı, enerjidaşıyıcıların nəqli və saxlanması sahəsində innovativ texnologiyalar nümayiş etdirilir.

XS
SM
MD
LG