Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09

-

«Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələr aparıb».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova deyib.

N.Məmmədov bildirib ki, E.Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.

«KREMLƏ ERMƏNİ TƏRƏF MÜRACİƏT EDİB»

O, daha sonra Ermənistan rəhbərliyinin son açıqlamalarına da münasibət bildirib: «Serzh Sarkisian düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir. Deyir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər yalan danışmaqla o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir».

N.Məmmədovun deməsinə görə, aprel əməliyyatları zamanı S.Sarkisian özü Moskvaya müraciət edərək Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: «Serzh Sarkisian bütün bunları unudub, belə bir bəyanat verir».

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-i Moskvada tərəflər atəşkəs haqda razılıq əldə ediblər. Ancaq bir müddət sonra yenidən gərginlik davam edib.
Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Eyni zamanda, tərəflər arasında iyunda danışıqların davam etməsi ilə bağlı razılıq əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG