Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

-

Türkiyənin Baş naziri Binali Yildirim alman parlamentinin ermənilərin Osmanlı türkləri tərəfindən kütləvi qırğınının soyqırım kimi tanınması qətnaməsini “gülünc” adlandırıb, bunun ikitərəfli münasibətlərə ziyan vuracağını deyib.

Almaniya deputatlarının iyunun 2-də həmin qətnaməni qəbul edəcəyi gözlənilir. Türkiyə bir əsr öncə ermənilərin öldürülməsinin “soyqırım” adlandırılmasına qarşı çıxır.

Daha öncə Türkiyə Prezidenti Recep Tayyip Erdogan jurnalistlərə deyib ki, bu qətnamə qəbul olunarsa, Ankarayla Berlinin diplomatik, siyasi, kommersiya və hərbi əlaqələrinə “ziyan vurar”.

Bəzi ölkələr “soyqırım” qətnaməsi qəbul edib. Türkiyə isə 20-ci əsrin əvvəllərində daha az erməninin öldüyünü, bunun Osmanlı dövləti tərəfindən planlı həyata keçirilmədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG