Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:14

Nardaran hadisələri ilə bağlı daha bir hökm


Həbsxana
Həbsxana

-

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Babayevin işi üzrə proses başa çatıb. «Report»un xəbərinə görə, məhkəmənin qərarı ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.

R.Babayev qanunsuz odlu silah, partlayıcı maddə və qurğular əldə etməkdə ittiham olunub. O, ittihamları qəbul etmir.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Nardaran əməliyyatında ikisi polis olmaqla yeddi nəfər həlak olub.

Bu əməliyyatda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və bir qrup tərəfdarı tutulub. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 70 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. İstintaq yekunlaşarkən T.Bağırzadənin işinə qəsdən adam öldürməklə də bağlı yeni ittiham əlavə olunub. Ancaq o, ittihamları cəfəngiyat sayır.

Üstəlik, tutulanların hamısının istintaqı eyni aparılmayıb. Hələ bir müddət öncə daha yüngül maddə ilə ittiham olunan 30-a qədər təqsirləndirilən şəxsin işi məhkəməyə verilmişdi. Onlardan Raci Babayevə qədər 3 nəfərə hökm oxunmuşdu. Həmin şəxslər 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası almışdı. T.Bağırzadə və qalan digər təqsirləndirilənlərin də istintaqının yekunlaşdığı bildirilir.

XS
SM
MD
LG