Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:21

-

Bakıda 23-cü Beynəlxalq «Caspian Oil&Gas» sərgisi başlayıb

«Caspian Oil&Gas» layihəsinə Energetika Nazirliyi və SOCAR dəstək verir.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət iştirak edir. Sərgidə neft hasilatı, enerjidaşıyıcıların nəqli və saxlanması sahəsində innovativ texnologiyalar nümayiş etdirilir.

TƏBRİK MƏKTUBLARI

Sərgi iştirakçılarına ABŞ prezidenti Barack Obama və Böyük Britaniyanın baş naziri David Cameron-un təbrik məktubları çatdırılıb.

Prezident İlham Əliyev isə sərginin açılışında çıxış edib. O deyib ki, bu gün Azərbaycanın həyatında çox əlamətdar gündür.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri ağır keçib. Torpaqlar işğal olunub, vətəndaş müharibəsi başlanıb. Ancaq 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçib:

«ƏSAS MƏQSƏDİMİZ ODUR Kİ, NEFT QİYMƏTLƏRİNDƏN ASILI OLMAYAQ»

«İndiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq».

Daha sonra prezident çıxışında beynəlxalq enerji layihələrinin əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, neft ölkələrindən ötrü 2016-cı il sınaq ilidir: «Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır. Gələn il isə artım olacağına inanıram».

İlham Əliyev deyib ki, indi əsas məqsədlərdən biri də sosial layihələrin icrasıdır: «Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq».

Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə xüsusi maraq göstərirlər: «ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbriklərini göndərməsi sərginin əhəmiyyətini göstərir».

Sərginin iyunun 4-nə kimi davam edəcəyi bildirilir.

İyunun 2-i və 3-də isə «Marriott Absheron» otelində «Caspian Oil&Gas» beynəlxalq konfransı keçiriləcək. Konfransın işində 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG