Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

-

BMT-nin uşaq agentliyi bildirir ki, İraqın Fəllücə şəhərində azı 20 min uşaq qalıb. Hökumət qüvvələri şəhəri İslam Dövləti (İŞİD) yaraqlılarından almağa çalışır.

“Bu uşaqların aşırı zorakılıqdan qorunması sarıdan narahatıq”, UNICEF-in İraqdakı təmsilçisi Peter Hawkins iyunun 1-də yaydığı açıqlamada deyib.

“Uşaqlar şəhərdə qalırsa, döyüşlərə cəlb olunma, çıxarsa, ailələrindən ayrı düşmə riskləri var”, o sözlərinə əlavə edib.

İraq qüvvələri mayın 23-də Fəllücəyə hücuma başlayıblar. Onları şiə silahlılar və ABŞ koalisiyası dəstəkləyir.

Fəllücəni sünni yaraqlılar 2014-cü ilin yanvarında tutub.

BMT-nin məlumatına görə, şəhərdə 50 min dinc sakin qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG