Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

-

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Zhang Gaoli-nin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

President.az-ın xəbərinə görə, İ.Əliyev deyib ki, bu səfər iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafına xidmət edəcək. O, Çinlə münasibətlərin inkişafına böyük önəm verdiyini söyləyib.

Prezident bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu alması bu quruma tam inteqrasiya yönündə ilkin addımdır. O, Azərbaycanın Çin ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd edib.

Zhang Gaoli isə öz növbəsində regional təhlükəsizlik məsələlərində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib: «Biz Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəyik», - deyə o qeyd edib.

Zhang Gaoli deyib ki, Çin Böyük İpək Yolunun bərpası, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət və turizm sahələrində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Azərbaycan bu ilin martında Şanxay Əməkdaşlıq Təşkilatında ( ŞƏT) dialoq üzrə tərəfdaş statusu alıb. ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Azərbaycandan başqa, Ermənistan, Nepal və Şri-Lanka da dialoq üzrə tərəfdaş statusu alıb.

XS
SM
MD
LG