Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Twitter parodiya hesabları yığışdırdı


-

Twitter Rusiya rəsmilərini məsxərəyə qoyan parodiya hesabları yığışdırıb. Bu, həmin hesabların izləyicilərini qəzəbləndirib, onlar sosial şəbəkənin Kreml və müttəfiqlərinin təzyiqinə boyun əydiyini deyirlər.

Mayın 31-də Twitter-də Rusiya hökumətini iynələyən azı 5 ingilisdilli hesab bağlanıb. Rusiya Prezidenti Vladimir Putin-i məsxərəyə qoyan @DarthPutinKGB hesabı da bu sıradadır. Bu hesabın azarkeşləri dərhal #NoTwitterGulagForDarthPutinKGB həştəqiylə kampaniya başladıblar.

Twitter-in sözçüsü Ian Plunkett mayın 31-də göndərdiyi elektron məktubda yazıb ki, Twitter “məxfilik və təhlükəsizlik səbəblərindən fərdi hesablar barədə şərh vermir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG