Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

-

Bakı İstintaq Təcridxanasında saxlanan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadəyə mayın 31-də ailəsi ilə görüşə icazə verilməyib.

Bu barədə onun vəkili Cavad Cavadov öz Facebook səhifəsində yazıb. Vəkil həmçinin yazıb ki, istintaq bitib, ancaq Tale Bağırzadəyə qarşı irəli sürülən ittihamlar aydın deyil.

2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatı zamanı dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 70 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. İstintaq yekunlaşarkən Tale Bağırzadəyə qarşı qəsdən adam öldürməklə də bağlı ittiham irəli sürülüb. Vəkilinin deməsinə görə, T.Bağırzadə ittihamları əsassız və cəfəngiyat adlandırıb.

Nardaran əməliyyatında ikisi polis olmaqla 7 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG