Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:33

İyun zirvə toplantısına hazırlıq


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-i Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

AZƏRTAC–ın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iyun zirvə toplantısına hazırlıqdan ötrü Vyana görüşünün nəticələri müzakirə edilib.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilmişdi.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Bundan başqa, müzakirələrdə iyunda yenidən görüşməklə bağlı tərəflər arasında razılıq əldə edildiyi bildirilirdi.

XS
SM
MD
LG